Nardaran sakinindən tüfəng, tapanca və xəncər götürüldü

Nardaran sakinindən tüfəng, tapanca və xəncər götürüldü
11:54 9 Aprel 2019
29 Digər
Ölkə mətbuatı
A- A+

Nardaran sakininin evindən 1 tüfəng, 1 tapanca və 4 xəncər aşkar edilib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Xudaverdiyevin yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evin zirzəmisindən 1 ədəd luləsi və qundağı kəsilmiş “İJ-57” markalı ov tüfəngi, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR