Təranə Səmədovanın məhkəməsi təxirə salındı

İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın bu gün yenidən hakim qarşısına çıxarılması bildirilmişdi.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən məhkəmə təxirə salınıb. Növbəti iclas mayın 7-nə planlaşdırılıb.

Təranə barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.

“Mənə rəqqasə deyiləndə əsəbiləşirəm” – Oksanadan etiraf – VİDEO / FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR