Tanınmış Hollivud aktrisası fırıldaqçılığını etiraf edib

Tanınmış Hollivud aktrisası fırıldaqçılığını etiraf edib
12:02 9 Aprel 2019
28 Digər
Ölkə mətbuatı
A- A+

Amerikalı aktrisa Felisiti Haffman qızının universitetə daxil olması üçün fırıldaqçılıq etdiyini boynuna alıb.
"Report" CNN-ə istinadən xəbər verir ki, "Əlacsız evdar qadınlar" (Desperate Housewives) serialındakı rolu ilə məşhurlaşan aktrisa SAT (Akademik Qiymətləndirmə Testi) nəticələrini saxtalaşdırmaq üçün 15 min dollar verdiyini etiraf edib.
İndi ittiham tərəfi onun və işdə əli olan digər 12 nəfər üçün azadlıqdan məhrumetmə cəzası istəyir. Aktrisaya 20 ilədək müddətə həbs cəzası verilə bilər.
Qeyd edək ki, daha əvvəl FTB Hollivud ulduzlarının və zəngin insanların övladlarını rüşvətlə ali məktəblərə düzəldən dəstəni ifşa edib. İş üzrə 50 nəfərin adı hallanır.


Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/taninmis-hollivud-aktrisasi-firildaqciligini-etiraf-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR