DGK-dan sosial şəbəkələrdə yayılan video ilə bağlı AÇIQLAMA

DGK-dan sosial şəbəkələrdə yayılan video ilə bağlı AÇIQLAMA
12:19 9 Aprel 2019
28 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi sosial şəbəkələrdə yayılmış video ilə bağlı açıqlama verib.
 
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinədən Lent.az-a daxil olan açıqlamada bildirilikr ki, ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər.
 
"Dövlət Gömrük Komitəsi bildirir ki, hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib. Bu  videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyatı yoxdur", - deyə məlumatda vurğulanır.
 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR