Hesablama Palatası Milli Məclisdə HESABAT VERİR

Hesablama Palatası Milli Məclisdə HESABAT VERİR
12:28 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasda Hesablama Palatasının hesabatı müzakirə edilib.

Palatanın sədri Vüqar Gülməmmədov deyib ki, 2018-ci il Azərbaycan üçün əlamətdar olub: “Prezident İlham Əliyev prezident seçilib, habelə Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd edilib. 2018-ci ildə dövlət büdcəsinin xərclənməsinə nəzarət həyata keçirilib. Bu müddətdə 58 yoxlama nəzarət tədbiri keçirilib, bunun 53-ü audit tədbirləri olub. Maliyyə hesabatları ətraflı təhlil edilib. Maliyyə inzibatçılığı sahəsində mövcud olan nöqsanlar 53 audit tədbirləri ilə aşkar edilib. Ümumilikdə 2018-ci ildə 714 nöqsan aşkar edilib. Kollegiya qərarlarından nöqsanların aradan qaldırılmasının vacibliyi qeyd edilib".

O, qeyd edib ki, hesabat ilində 9 iş hüquq mühafizə orqanlarına göndərilib. Bu işlərdən 4-ü inzibati, 5-i isə cinayət xarakterli olub. Onun sözlərinə görə, 2018-ci ildə Hesablama Palatasına vətəndaşların müraciəti əvvəlki illə müqayisədə çox olub və bu da müsbət hadisədir. Ötən iı Hesablama Palatası iki xarici ölkə auditi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Hazırda hesabatın təqdimatı davam edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/275075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR