Bu şagirdlər müsabiqədənkənar tələbə ola bilərlər

Bu şagirdlər müsabiqədənkənar tələbə ola bilərlər
12:29 9 Aprel 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Respublika fənn olimpiadalarının final turu may ayında keçiriləcək. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.
 
Yarımfinal turunun nəticələrinə əsasən, hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər final turunda iştirak etmək huququ qazanıblar.
 
Fənn olimpiadalarının final mərhələsinə 574 şagird vəsiqə qazanıb.
 
Finalda iştirak edəcək şagirdlərin adlı siyahısı www.olimpiada.edu.az saytında yerləşdirilib.
 
Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon(şəhər) mərhələsi fevralın 3-də keçirilib.
 
Bilik yarışında 32986 nəfər 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak edib.
 
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Xatırladaq ki, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, respublika fənn olimpiadalarının qalibləri isə olimpiadaya qatıldıqları fənnə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR