“Microsoft” öz proqram təminatında aşkar edilmiş boşluqlar üçün 2 milyon dollar ödəniş edib

“Microsoft” öz proqram təminatında  aşkar edilmiş boşluqlar üçün 2 milyon dollar  ödəniş edib
12:35 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

2018-ci ildə "Microsoft" öz məhsullarında aşkar edilmiş boşluqlara görə ümumilikdə 2 milyondan çox dollar ödəniş edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, istifadəçiləri "Microsoft"un proqram təminatında səhvləri axtarmağa daha çox təşviq etmək üçün şirkət ödənişləri sürətləndirib. İndi "Bug Bounty" iştirakçıları "PayPal" ödəmə sistemi vasitəsilə öz bonuslarını ala və onları dünyanın 30-dan çox ölkəsində bank hesablarına köçürə bilərlər.

 

Bundan başqa, hakerlər öz mükafatlarını kriptovalyuta şəklində də ala bilərlər.

 

"Microsoft", həmçinin hakerlər üçün mükafatların dəyərini artırır. Məsələn, "Windows Insider Preview" proqramında maksimum ödəniş 15-dən 50 min dollaradək artırılıb. "Microsoft Cloud" proqramında bonuslar 15-dən 20 min dollaradək artırılıb.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60018-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR