Dövlət Turizm Agentliyi: Yaxın Şərq regionunda təbliğat işləri davam etdirilir

Dövlət Turizm Agentliyi: Yaxın Şərq regionunda təbliğat işləri davam etdirilir
12:36 9 Aprel 2019
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov -Trend:

Azərbaycanın Yaxın Şərq regionunda turizm potensialının tanıdılması və qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi məqsədilə 9-12 apreldə Səudiyyə Ərəbistanından, 14-18 apreldə isə BƏƏ-dən mədəniyyət və istirahət turizmi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri ölkəmizə səfər edəcəklər.

Azərbaycan Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutacaq tanışlıq səfəri çərçivəsində Səudiyyə Ərəbistandan ümumilikdə 10, BƏƏ-dən 14 xarici şirkət iştirak edəcək. Səfərlər zamanı yerli turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tanışlıq görüşü təşkil olunacaq.

Tədbirlərdə Azərbaycanın turizm potensialı haqqında geniş təqdimatlar keçiriləcək.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Səudiyyə Ərəbistanın Ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində ölkəmizin rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3043683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR