"90 milyon manata qədər vəsaitin səmərəsiz xərclənməsi aşkar edilib" - Deputat

"90 milyon manata qədər vəsaitin səmərəsiz xərclənməsi aşkar edilib" - Deputat
12:38 9 Aprel 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

"Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2018-ci illə bağlı hesabatına dair ətraflı məlumat verdi. Bu hesabat bizim komitədə ətraflı müzakirə edilib və müsbət qiymətləndirib. Hesabatın strukturuna əvvəlki illərdən fərqli olaraq bir sıra təkmilləşdirmələr əlavə olunub".

Publika.az xəbər verir ki, bu sözləri Hesablama Palatasının 2018-ci illə bağlı hesabatının Milli Məclisdə müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O bildirib ki, hesabatda dövlət büdcəsinin, qeyri dövlət fondlarının gəlirləri, alınan xarici kreditlər təsnifatlaşdırılıb: “Hesablama Palatası dövlət vəsaitlərinin qanuna uyğun və səmərəli xərclənməsi və hesabatlığın artırılması ilə bağlı əhəmiyyətli işlər görülüb. Müəyyən edilən nöqsanların statistik cədvəldə özünü ifadə etməsi müsbət hadisədir. Palata 90 milyon manata qədər vəsaitin səmərəsiz xərclənməsini aşkar edib. Mühasibat uçotu sahəsində işlərin gücləndirilməsini vacib hesab edib və müsbət hadisədir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/275076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR