"Futbol+" qəzetinin əməkdaşları aksiya keçirdi

"Futbol+" qəzetinin əməkdaşları aksiya keçirdi
12:44 9 Aprel 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verildiyi kimi, KİVDF bir neçə qəzetlə əməkdaşlığı dayandırıb. Bu qəzetlərin içərisində “Futbol+” də var. 
 
Qurumun bu qərarından sonra ölkənin ən köklü idman qəzetinin rəhbərliyi ölkə prezidentinə müraciət etmiş, yaxınlarda isə mətbuat konfransı keçirmişdi (komanda.az). Bu gün isə “Futbol+” kollektivi aksiya keçiriblər.
 
Qəzetin kollektivi əvvəlcə KİVDF-nin, sonra isə Prezident Administrasiyasının qarşısına yürüş ediblər. “Futbol+”çilər üzərinə “Bizi eşit, Prezident!”, “KİVDF ədalətsizliyə son qoy!”, “Haqqımızı istəyirik!” sözləri yazılan plakatlar qaldırıblar.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR