Anar yeni krem icad etdi - "Dünyada satılacaq, 300 avroya"

Anar yeni krem icad etdi - "Dünyada satılacaq, 300 avroya"
12:47 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Stilist Anar Ağakişiyev "Söhbət var" verilişində işi ilə bağlı maraqlı açıqlama edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı, əməkdar artist Dilarə Əliyevanın stilistə "Elə bir vasitə var ki, o, ancaq səndədir. Qırışları açmaq üçün bir vasitədir" sözlərinə Anar belə cavab verib:

"Böyük səslənsə də, bir vasitə icad etdim. Ondan ancaq məndədir. Satışda 2019-cu ilin sonu, 2020-ci ildə olacaq. Dünyaca məşhur markalar onu "Made in Azerbaijan" adı ilə alacaqlar. Əvvəl olurdu İtaliya, Fransa məhsulu. İndi eyni şirkətlər Azərbaycan adı ilə buraxacaqlar. 

Həmin satışdan yalnız 5 faiz gəlir mənim olacaq. 95 faiz şirkətindir. Qiyməti 250-300 avro arası olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/745458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR