Azərbaycan Mərkəzi Bankı beynəlxalq sammitdə blokçeyn layihəsinin təqdimatını keçirib

Azərbaycan Mərkəzi Bankı beynəlxalq sammitdə blokçeyn layihəsinin təqdimatını keçirib
12:52 9 Aprel 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 2-3-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil olunmuş “Future blockchain summit”də pilot olaraq reallaşdırdığı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin təqdimatını keçirib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 
Məlumata görə, ABŞ, Almaniya, BƏƏ, İngiltərə, Çin, Rusiya, Estoniya, Malta və digər ölkələrdən 170 eksponentin və 14000 iştirakçının qatıldığı “Future blockchain summit”də Blokçeyn, Əşyaların interneti, Böyük verilənlər, Süni intellekt və sair kimi müasir innovativ həllərin sərgisi keçirilmiş və bu innovasiyaların müxtəlif ekosistemlərdə real tətbiqləri barədə çıxışlar edilib.
Tədbirdə ölkə prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılan blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin məqsədi və tətbiqi nəticəsində əldə ediləcək faydalar barədə məlumat auditoriyanın diqqətinə çatdırılıb. IBM və Lenovo şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində yaradılan informasiya sistemi məsafədən bank xidmətlərinin təqdim edilməsi və müştəri-bank münasibətlərinin tam elektronlaşdırılmasına imkan verəcək.
Sammit iştirakçılarının ciddi marağına səbəb olmuş təqdimat nəticəsində uzaq və yaxın qonşu ölkələrin nümayəndələri AMB-yə səfər arzusunda olduqlarını, o cümlədən blokçeyn – paylanılmış reyestr texnologiyasının bank sistemində tətbiqi üzrə əməkdaşlıq etmək niyyətlərini bildiriblər.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-merkezi-banki-beynelxalq-sammitde-blokceyn-layihesinin-teqdimatini-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR