Fazil Mustafa: Vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var

Fazil Mustafa: Vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var
12:55 9 Aprel 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Büdcədən vəsait mənimsənilirsə, bu, cinayətdir. Buna yumşaq ad qoymaqla, cəzalandırmaqdan imtina edirik.

Trend-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa Parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.

O bildirib ki, vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var:

“Dövlətsatınalmalarında ziddiyyət özünü qabarıq şəkildə göstərir. Hesabata əsasən, 76 tender komissiyasının qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyəti aşkarlanıb. Lakin hansı tenderlərin ləğvi ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bütün bunları araşdırdıqda məlum olur ki, Hesablama Palatasının səlahiyyətləri geniş olsa da, bəzi sahələrə təsir etmək imkanı yoxdur. Bu, təmin edilməsə, gələcəkdə problemlərin qarşısını almaq çətin olacaq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3043711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR