İlham Tumas öz məvacibindən bir tələbəyə təqaüd verəcək

İlham Tumas öz məvacibindən bir tələbəyə təqaüd verəcək
12:59 9 Aprel 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış telejurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas Azərbaycan Dillər Universitetinin ən yaxşı oxuyan və maddi ehtiyacı olan bir tələbəsinə hər ay 100 manat məbləğində təqaüd verəcək.

 

Lent.az xəbər verir ki, təqaüd 1992-ci ildə Marquşevan uğrunda gedən döyüşlərdə şəhid olmuş İsayev Nazim Alim oğlu adınadır.

 

Qeyd edək ki, Nazim Alim oğlu İsayev Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin tələbəsi kimi könüllü olaraq Qarabağ müharibəsinə qatılmışdır.

 

Təqaüd veriləcək tələbə ADU THİK-in İdarə Heyəti tərəfindən seçilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR