MSK Ərdoğanın tələbini qəbul etmədi

MSK Ərdoğanın tələbini qəbul etmədi
13:05 9 Aprel 2019
148 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Mərkəzi Seçki Komissiyası (MSK) keçirilən bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ilə bağlı yekun qərarını açıqlayıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, MSK hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bütün səslərin yenidən hesablanması tələbini qəbul etməyib. 

Bununla bağlı məlumat verən AKP-nin MSK üzrə nümayəndəsi Rəcəb Özəl bildirib ki, qərara əsasən, İstanbuldakı 32 rayondan 21-dəki seçki məntəqələrində olan 51 qutudakı səslər yenidən hesablanacaq. 

O bildirib ki, hazırda səs fərqi 14 min 604-dür. 

Qeyd edilib ki, ümumilikdə, 51 qutuda 17-18 min səs var.

Xatırladaq ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində yayılan məlumatlara görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

AKP nəticələrdən şikayət edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı seçkinin saxtalaşdırıldığını açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/745484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR