Bakıdakı Avropa Liqasının finalında tarixi nailiyyət qeydə alına bilər

Bakıdakı Avropa Liqasının finalında tarixi nailiyyət qeydə alına bilər
13:07 9 Aprel 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalında yeni rekord qeydə alına bilər. 
"Report"un məlumatına görə, bunun üçün hazırda turnirdə mübarizəyə davam edən İngiltərənin "Çelsi", Almaniyanın "Ayntraxt" (Frankfurt) və İspaniyanın "Vilyarreal" komandalarından biri finala kimi məğlub olmamalı və həlledici görüşün əsas vaxtında qələbə qazanmalıdır. Cari mövsümdə bu klublardan heç biri məğlub olmayıb. 
Onlardan hansısa bunu gerçəkləşdirsə, İspaniya "Espanyol"unun nailiyyətini təkrarlayacaq. Lakin Kataloniya təmsilçisi UEFA Kubokunun (hazırkı Avropa Liqası) 2006-2007 mövsümünün finalında "Sevilya"ya əsas (1:1) və əlavə vaxtı (2:2)  heç-heçə ilə bitən görüşdə penaltilərdə uduzub - 1:3.
"Ayntraxt" həmçinin 1/4 final mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya uduzmasa, İspaniya "Atletiko"sunun turnirdə 15 matçlıq məğlubiyyətsizlik rekorduna da şərik olacaq. 
Qeyd edək ki, Avropa Liqasının 1/4 finalında “Napoli” (İtaliya) - “Arsenal” (İngiltərə), “Vilyarreal” (İspaniya) - “Valensiya” (İspaniya), “Benfika” (Portuqaliya) - “Ayntraxt” (Almaniya), “Slaviya” (Çexiya) - “Çelsi” (İngiltərə) qarşılaşmaları keçiriləcək. Final görüşü isə mayın 29-da olacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bakidaki-avropa-liqasinin-finalinda-rekord-netice-qeyde-alina-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR