Putin Trampın bu addımını pislədi

Putin Trampın bu addımını pislədi
13:12 9 Aprel 2019
104 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanımaqla bağlı qərarına reaksiya verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirilən görüşün yekunlarına dair mətbuat konfransında çıxışında söz açıb.

Putin bildirib ki, Moskvanın mövqeyi artıq Rusiya XİN-in bununla bağlı rəsmi bəyanatında göstərilib. Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələri ilə ziddiyyət təşkil edir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın 25-də Qolan təpələrinin İsrailin bir hissəsi kimi tanınması ilə bağlı bəyannamə imzalayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/745466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR