Yağış yağacaq

Yağış yağacaq
13:13 9 Aprel 2019
261 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi qərb rayonlarında lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/275082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR