Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi
13:15 9 Aprel 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabat verərək yoxlamalar nəticəsində aşkar olunan nöqsalar haqqında məlumat verib. O qeyd edib ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibət uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib.

V.Gülməmmədov bildirib ki, nöqsanlara yol vermiş şəxslərə qarşı cəza tədbirləri görülüb.

Palata sədri bildirib ki, Milli Məclisin komitəsində ilk dəfə olaraq illik hesabatını təqdim edir. O qeyd edib ki, hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb. Hesabat ilində dövlətə dəyən ziyan büdcəyə qaytarılıb: "Son 5 ildə 69,5 milyon manat büdcəyə, 2.2 milyon manat təşkilatlara, 2,6 milyon manat isə sosial müdafiə fonduna qaytarılıb. Ümumilikdə isə 72,1 milyon manat ziyan bərpa edilib".

Qeyd edək ki, hesabatda həmçinin bir sıra təkliflər irəli sürülüb. Hesablama Palatası ünvanlı sosial yardımın verilməsi müddətinin azaldılmasını təklif edir.

Təkliflərdə qeyd edilir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

2015-ci iln mart ayından Azərbaycanda sosial yardım 2 il müddətinə verilir ki, bu da yardım alanların yardıma ümid bəsləməsinə və “ələbaxımlılıq” psixologiyasının formalaşmasına şərait yaradır. Yardım iki il müddətinə verildikdə maliyyə yardımının məbləğinin dəyişməsinə və ya ödənişin dayandırılmasına səbəb olan hallar baş verə bilər. Bu da ödənişin dayandırılması və ya onun məbləğinin dəyişdirilməsi baxımından çətinlik yaradır.

Palata hesab edir ki, bütün bu hallar dövlət büdcəsinin vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur.

Bundan əlavə, Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınmasını da təklif edib. Hesablama Palatası bununla əlaqədar “Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişikliklərin olunmasını təklif edib.

Təkliflə bağlı Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələrin edilməsi və “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik edilməsi üçün layihələr hazırlanıb. Hazırda layihələr razılaşdırma mərhələsindədirlər.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq təsdiq edilib.


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3043571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR