Türkəyi ABŞ-ı PAT vəziyyətinə saldı: əgər "F-35"lər...

Türkəyi ABŞ-ı PAT vəziyyətinə saldı: əgər "F-35"lər...
13:18 9 Aprel 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Türkiyəni "F-35 Beşinci Nəsil Müştərək Hücum Təyyarələri İstehsalı Proqramı"ndan çıxarmaqla təhdid edir.

Publika.az xəbər verir ki, bu, baş verərsə, proqramın istehsal rəqəmləri yarıya düşəcək və 7,5 milyard dollarlıq zərər olacaq.

ABŞ-ın prezident köməkçisi Mayk Pens və Pentaqon israrlı şəkildə Türkiyəyə F-35 qırıcılarının verilməyəcəyini vurğulayır. Buna səbəb isə Ankaranın Rusiyadan S-400 zenit raket kompleksini tədarük etməsidir.

F-35 proqramına rəhbərlik edən admiral Matias Vinter Nümayəndələr Palatasındakı çıxışında Türkiyənin proqramdan çıxarılması təqdirində nələr yaşanacağı sualını bu sözlərlə cavablayıb: “Türkiyə F-35-in hissələrinin böyük qismini istehsal edir. Türkiyənin proqramdan çıxarılması təqdirində proqram iki il ərzində 50-75 daha az təyyarə istehsal edəcək və ildə 90 gün zərərə uğrayacaq”.

Vinterin bu sözlərindən sonra, Pentaqon “türk pilotların təlimləri davam edəcək, Türkiyəyə təhvil verdiyimiz 2 qırıcını geri almağı düşünmürük” açıqlamasını verdi. Bundan başqa, daha iki ədəd F-35-in Türkiyəyə tədarük edəcəyini elan etdi.

Xüsusilə, Mayk Pens Türkiyənin yerinə yaxın münasibətlərinin olduğu İsrailin yeni ortaq olaraq proqrama daxil edilməsini istəyərlən, admiral Vinterin Türkiyənin olmaması təqdirində nələr yaşanacağına dair dəqiq bilgiləri Pentaqonu çətin vəziyyətdə qoyub.

Lakin daha iki təyyarənin Türkiyəyə təhvil veriləcəyi ilə bağlı açıqlama əslində, zaman qazanmaq manevrindən ibarət idi. Çünki Türkiyə proqrama qatılarkən 2020-ci il üçün 30 ədəd F-35 tələb etmişdi.

Türkiyənin yerinə İsrailin proqrama daxil edilməsi...

F-35 qırıcıları standart uçuş zolaqları, şaquli eniş və təyyarə gəmiləri üçün 3 fərqli çeşiddə istehsal olunur. Ən son texnoloji vasitələrə sahib olması, ən son istehsal olunan bombaları daşıma bacarığı nəzərə alındıqda, təyyarənin qiyməti də bir xeyli yüksəlir. Standart “F-35A Lightning II” təyyarəsinin istehsal qiyməti 100 milyon dollardır. Təyyarə üçün istehsal olunanlarda isə mancanaqla tutula bilməsi üçün sağlamlaşdırılan modelləri 115 milyon dollara qədər çıxır.

Türkiyə şirkətləri təyyarənin bu hissələrini istehsal edir:

F-35 təyyarə gövdəsinin parçaları və qurğuları

Eniş komplektinin hissələri

F-35 motorunun titaniumla inteqrə olunmuş qanad rotorları

F-35 Elektro-Optik Hədəf Sisteminin parçası

F-35 CNI Avionik Elektronik İnterfeys Nəzarət Cihazı

Raketləri uzaqdan idarəetmə interfeysi

Panoramik kabinet ekranının elektronik kartları

F-35 Elektrik Şəbəkəsi və ara şəbəkə sistemi

Eniş komplektinin açar hissələri

Həssas radarlı Stand-off raketi

Təyyarənin mərkəz gövdəsinin istehsal və montajı

Xarici örtük

Silah bölməsinin qapaqları

Hava girişi kanalları

Havadan yerə adapterlər

F-35-in alternatif ehtiyat hissələeinin 50%-i.

Bu materiallar bir F-35-in təxminən, 6-7 hissəsini təşkil edir. Ancaq Türkiyə həm bu materialları uyğun qiymətə istehsal edərək, həm də 100 ədəd F-35 almaq təminatı verərək layihənin maliyyə büdcəsini ciddi şəkildə aşağı endirir. Hətta Türkiyənin proqrama daxil olmasından öncə ABŞ kəskin tənqidlərə məruz qalmış və layihənin həyata keçirilməsi məsələsinin təxirə salınması gündəmə gəlmişdi.

“Lockheed Martin”in hesabatına görə, 2011-ci ildə 9 təyyarə istehsal edilərkən gələcək illərdə 30, 35, 36, 45 və 46 təyyarə istehsal olundu. Türkiyənin ciddi şəkildə fayda verməyə başladığı 2017-ci ildə bu rəqəm 66-ya qalxdı. 2018-ci ildə isə 91 ədəd F-35 istehsal olundu. Bu da mövcud istehsalın 2 il içində 157 ədəd olduğunu göstərir.

Bu da o deməkdir ki, Türkiyə olmasa, proqramın istehsal gücü yarı-yarıya enəcək. Üstəlik, daha çox büdcə tələb olunacaq.

Pentaqon və Pens narahat olsa da, İsrail israrlı şəkildə “Türkiyə F-35-ləri alarsa, bizim bölgədəki üstünlüyümüz təhlükə altında qalacaq” açıqlaması versə də, Türkiyənin bu təhdidlərə yer verməyən qətiyyətli duruşunun nəticə verəcəyi gözlənilir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/275074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR