Hesablama Palatasının illik hesabatı qəbul edildi

Hesablama Palatasının illik hesabatı qəbul edildi
13:24 9 Aprel 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Hesablama Palatasının illik hesabatı Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. 
 
ONA-nın məlumatına görə, hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. O deyib ki, indiyə qədər Hesablama Palatası Milli Məclisdə hesabat verib, bu il isə parlamentin komitəsində hesabatının müzakirəyə çıxarılması əlamətdar haldır.
 
V. Gülməmmədov Hesablama Palatası 2018-ci ildə 58 nəzarət tədbiri barədə qərar qəbul edib, bunların 5-i analitik təhlil, 53-ü audit formasında həyata keçirilib. Audit yoxlamaları 9,3 milyard manat vəsaiti əhatə edib. Auditlərin 38-i Bakıda, 2-i xarici ölkələrdə yerləşən səfirliklərdə, digərləri regionlarda aparılıb.  Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb. Bunların içərçisində büdcə qanunvericilyiinin pozulması, mhasibat və  dövlət satınalmaları ilə bağlı nöqsanlar daha çox olub. O cümlədən sosial müdafiə sahəsində də nöqsanlar aşkarlanıb.   
V. Gülməmədov nəzərə çatdırıb ki, son 5 ildə audit yoxlamaları nəticəsində 69,5 milyon manat vəsait dövlət büdcəsinə, 2,2 təşkilatlara, 2,6 milyon manat Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə bərpa edilib. Ümumilikdə isə son 5 ildə ərzində 72,1 milyon manat vəsaitin bərpsı təmin edilib. Bu müddət ərzində Hesablama Palatası Nazirlər Kabinetinə 21 təklif təqdim edib, bu təkliflərdən 13-ü qəbul edilərək müvafiq aktlarda dəyişikliklər edilib, 4 təklif məqbul sayılmayıb, 4 təklifə münasibət bildirilməyib. 2018-ci ildə Hesablama Palatası Nazirlər Kabinetinə 6 yeni təklif təqdim edib.
 
V. Gülməmmədov deyib ki, hesabat ilində 8 nəzarət tədbirinin nəticələri barədə məlumatlar prokurorluq orqanlarına, 1 nəzarət tədbiri barədə məlumat isə Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib.
 
Hesablama Palatasının illik hesabatı müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR