Qazaxıstanda növbədənkənar prezident seçkilərinin vaxtı açıqlandı

Qazaxıstanda növbədənkənar prezident seçkilərinin vaxtı açıqlandı
13:42 9 Aprel 2019
42 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu il iyunun 9-da keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev televiziya ilə müraciətində deyib.

Qeyd edək ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev martın 19-da xalqa müraciətində vəzifəsindən getdiyini açıqlamışdı.

Növbəti prezident seçkilərinin 2020-ci ildə keçiriləcəyi planlaşdırılırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/745474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR