Kənd təsərrüfat məhsullarının onlayn satış platforması yaxın günlərdə istifadəyə veriləcək

Kənd təsərrüfat məhsullarının onlayn satış platforması yaxın günlərdə istifadəyə veriləcək
13:42 9 Aprel 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

“Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin (DŞAK) "Kənddən Şəhərə" markası adı altında brendləşdirilmiş məhsullarının, eyni adlı onlayn satış platformasının yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə “Report”a şirkətin mətbuat katibi Mayis Musayev bildirib.
M.Musayev əlavə edib ki, sayt hazırda test rejimində işləyir: “Bəzi çatışmazlıqları var və onun üzərində iş aparılır”.
Onun sözlərinə görə, onlayn satışda bütün növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, qablaşdırılmış və digər məhsulların satışı həyata keçiriləcək:
“Çatdırılma məsələsi zonalar üzrə bölünəcək. Birinci zona üzrə çatdırılma ödənişsiz olacaq. Bu, əsasən yaxın ərazilər üçün nəzərdə tutulub. Sonrakı zonalarda məsafəyə əsasən çatdırılma xərci müəyyənləşəcək. Zonanın xəritəsi saytda yerləşdiriləcək. Sifarişlər üçün 20 manatdan yuxarı məbləğ müəyyənləşib”. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/sifarisler-ucun-20-manatdan-yuxari-mebleg-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR