Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
13:44 9 Aprel 2019
295 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprelin 10-da gözlənilən hava şəraiti açıqlayıb.

ETSN-dən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-17,  Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Sabah rayonlarda da hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi qıraq qərb rayonlarında lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR