Xırdalanda bıçaqlanan 33 yaşlı kişi xəstəxanada öldü

Xırdalanda bıçaqlanan 33 yaşlı kişi xəstəxanada öldü
13:52 9 Aprel 2019
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə Xırdalan şəhəri, Əlişir Nəvai küçəsində baş verib.

Şəhər sakini, 1986-cı il təvəllüdlü Quliyev Təhmasib Nəriman oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 7-də saat 21 radələrində Xırdalan şəhəri ərazisindən Cəbrayıl rayon sakini T.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş R.Rzayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Bıçaqlanan şəxs xəstəxanada ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/745478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR