DİQQƏT! Bu ərazidə hərəkət məhdudlaşdırılır

DİQQƏT! Bu ərazidə hərəkət məhdudlaşdırılır
14:03 9 Aprel 2019
33 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.

Bu barədə Publika.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/275088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR