Monteneqro Azərbaycanda diplomatik nümayəndəlik açıb

Monteneqro Azərbaycanda diplomatik nümayəndəlik açıb
14:24 9 Aprel 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Zelko Raduloviçi qəbul edib. Bu barədə Lent.az-a XİN-dən bildirilib.
 
Verilən məlumata görə, Pərvin Mirzəzadə Zelko Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib.
 
Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başladığını qeyd edən montereqtolu diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Bu xüsusda, o, Monteneqro Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubunu səfir P.Mirzəzadəyə təqdim edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR