Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır
23:36 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 8-də 73,04 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,1 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,68 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,22 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,19 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3043922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR