Gizli xidmətin əməkdaşları qovuldu

Gizli xidmətin əməkdaşları qovuldu
05:01 15 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın gizli xidməti prezident Barak Obamanın təhlükəsizliyinə cavabdeh olan 4 yüksəkrütbəli əməkdaşı işdən qovub.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri "The New York Times" yayıb.

Qərar ABŞ-ın daxili təhlükəsizlik nazirliyinin hesabatına əsasən qəbul edilib. “Biz Xüsusi xidmətin 4 idarəedicisinə digər vəzifələrərə təyin olunmaları barədə məlumat verdik”- deyə ABŞ Xüsusi xidmət rəisi bildirib.

Beləliklə keçmiş idarəedicilər agentlikdə işlərini digər şəraitlə davam edə biləcək. Lakin onlara təqaüdə çıxa bilmələrinə də icazə verilib.

Daha əvvəl xəbər verilmişdi ki. ABŞ prezidenti və ölkənin digər vəzifəli şəxslərinin qorunmasına cavabdeh olan Xüsusi xidmət, ciddi idarəedici reformlara və kənar professionalların işə cəlb olunmasına ehtiyac duyur.

Qeyd edək ki, 2014-cü ildə ABŞ Xüsusi xidməti bir sıra səs-küylü qalmaqallar yaşayıb. Buna fahişələr ətrafında əyləncə edən agentlərini videosu, yad adamın Obama ilə birgə liftdə olması və eləcə də bilinməyən şəxslərin Ağ ev ərazisinə keçməsi hallarını misal göstərmək olar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR