Neftin düşməsi onlara sərf edir

Neftin düşməsi onlara sərf edir
05:31 15 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə neftin qiymətinin düşməsindən istifadə edir və iqtisadiyyatın güclənməsi davam edir.

ANS PRESS-in məlumatına görə, bu sözləri Dünya bankının əsas iqtisadçısı Fransiska Onsorge Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Türkiyə, neftin ucuzlaşmasından istifadə edən bir neçə ölkədən biridir. Türkiyə enerji daşıyıcılarını ixrac edir. Bu səbəbdən də proses büdcədə olan kəsirə və inflyasiyanın azalmasına yaxşı təsir edəcək”- deyə Fransiska Onsorge bildirib.

İqtisadçının sözlərinə görə “Qlobal iqtisadi inkişaf” hesabatına əsasən 2015-ci ildə Türkiyə iqtisadiyyatının 3,5 faiz, 2016-cı ildə- 3,7, 2017-ci ildə isə 3,9 faiz yüksəlişi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=319771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR