Gökhan canlı yayımda yatdı (VİDEO)

Gökhan canlı yayımda yatdı (VİDEO)
06:16 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin TV8 telekanalında yayımlanan "O səs Türkiyə" musiqi yarışmasının 35-ci buraxılışında gülməli hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, "O səs Türkiyə"nin duel mərhələsində Mustafa və Kürşad adlı işrirakçıların çıxışı zamanı münsif kürsüsündə əyləşən Gökhan Özoğuz yuxuya gedib.

Çıxışdan sonra münsiflərin fikrini soruşan Acın İlıcalı Gökhana müraciət edərək, "Gökhan səncə bnecə idi?" - deyib. Onun isə, "Məncə çox ritmik mahnı idi" deməsi, Acunu və zaldakı tamaşaçıları güldürüb. Çünki iştirakçılar çıxış edərkən Gökhanın yatması onların diqqətindən yayınmayıb.

Gökhan əvvəlcə, sadəcə gözünü istirahət etdirdiyini iddia etsə də, Acunun xahişi ilə efir rejissorları görüntüləri böyük monitorda hamıya göstəriblər. Bunu görən Gökhan həqiqətən yatdığını boynuna alıb.

Qeyd edək ki, yarışmanın digər münsifləri Ebru Gündeş, Mazhar-Özkan cütlüyü və Hadisədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR