Bakıda 3 yaşlı qızın əli ətçəkən maşında qaldı

Bakıda 3 yaşlı qızın əli ətçəkən maşında qaldı
06:51 15 Yanvar 2015
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxta qonaq gələn 3 yaşlı qızcığazın əli ətçəkən maşının içində qalıb. Hadisə Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən təzə tikilidə qeydə alınıb. Valideynlərindən xəbərsiz ətçəkən maşını elektirik cərəyanına birləşdirən 3 yaşlı Məmmədli Ballı İsmayıl qızının sağ əli maşının içində qalıb.

Uşağın əlini ətçəkən maşından ayırmaqda çətinlik çəkən yaxınları əlac axtarışına başlayıblar. Bu müddət ərzində isə 3 yaşlı Ballı ağrılardan əziyyət çəkib. Son olaraq həkimlərin köməyinə ehtiyyac duyan körpənin yaxınları onu Səhiyyə Nazirliyi Elmi - Tədqiqat Travmatologiya institutuna çatdırıblar. Həkimləri səyi nəticəsində qızcığazın əli ilişib qaldığı yerdən çıxarılıb.

Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilən körpənin vəziyyəti kafi olaraq qalır.

Qeyd edək ki, hadisə baş verən zaman 3 yaşlı Ballı Məmmədlinin valideynləri evdə olmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR