Buna görə edibmiş, eşidəndə inanmaq olmur

Misir əsilli bir nəfərin İstanbula gətirdiyi 12,75 karat almazı satmasına yardımçı olmaq bəhanəsiylə oğurluq etmə iddiasıyla nəzarətə alınan Misir əsilli qadın tutulub.alınan məlumata görə, almaz işi görən Misir əsilli Üsamə Elghobasy, İstanbula satmaq üçün gətirdiyi 12,75 karat şlənməmiş almazın, özünə köməkçi olan qadın tərəfindən oğurlandığı iddiasıyla polisə müraciət edib.


Metbuat.az xəbər verir ki, İstanbula gəldikdən sonra qadınla Fatehdə bir oteldə gözlədiklərini dilə gətirən Elghobasy, daha sonra onun Esenyurt evində 5 gün birlikdə qaldıqlarını, 9 apreldə səhər oyananda qadının evdə olmadığını, çantasında olan brilyant ilə cib telefonunun oğurlandığını hiss etdiyini söyləyib.

Elghobasynin polisdəki ifadəsində, 12,75 karat işlənməmiş almazı 237 min dollara satın aldığını, işləndikdə qiymətinin 1 milyon dollar olacağını bildirərək, almazın sertifikatının olduğunu, onun Misirdə olduğunu bəyan etdiyi öyrənildi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR