Mətbəx sirləri: "Gombul" oladilər

Mətbəx sirləri: "Gombul" oladilər
07:05 15 Yanvar 2015
354 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az Rusiya mətbəxindən "gombul" oladilərin - popoverlərin - hazırlanma qaydasını təqdim edir

Tərkibi:


2 st. (500 q) un
3 yumurta
2 st. (200 ml) süd
1 çimdik duz

Yumurtaları duzla çalın, südün bir hissəsini tökün, dayanmadan qarışdıraraq unu əlavə edin (lopa qalmasın).

Südün qalanını da əlavə edib qarışdırın.

Yanaşı yumru çökəkli xüsusi qabınız yoxdursa, keks (maffin) qablarını yağlayıb qızdırın, 2/3 hissəsinədək xəmir tökün.

Sobanı 230 dərəcə qızdırın. Oladiləri 15 dəqiqə bu temperaturda bişirin. Sonra dərəcəni 180-ə endirin, daha 20 dəqiqə bişirin.

Süfrəyə mürəbbə, şirin sous və ya kremlə verə bilərsiniz.

Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/318498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR