Bakı 2015 Avropa Oyunlarının “Alov Qoruyanlar”ı (FOTO)

Bakı 2015 Avropa Oyunlarının “Alov Qoruyanlar”ı (FOTO)
07:16 15 Yanvar 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi İlk Avropa Oyunlarında könüllülərin“Alov Qoruyanlar” (Flamekeepers) kimi tanınacaqlarını elan edib.

ANS PRESS-in məlumatına görə, bu ad yarış ruhunun təbliğində könüllülərin mərkəzi rolunu əks etdirir və eyni zamanda,Odlar Yurdu Azərbaycana olan hörməti, Azərbaycan xalqının həyəcanını və mehribanlığınıtərənnüm edir.

Azərbaycan Respublikasının Gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru cənab Azad Rəhimov deyib: “Avropa Oyunlarının könüllü proqramı gənclərin Bakı 2015 Avropa Oyunlarına qoşulması və beynəlxalq arenada Azərbaycanı dəstəkləməsi üçün gözəl imkan yaradır.”

“Bizim bütün “Alov Qoruyanlar”ımız Azərbaycanda böyük multi-idman yarışının keçirilməsi sahəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və çox mühüm təcrübə qazanacaqlar.”

Oyunlar üçün könüllülərin cəlb olunması prosesi davam edir və 16,000-dən çox könüllü seçilmək üçün onlayn qeydiyyatdan keçib. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi həftəlik əsasda yüzlərlə müsahibələr aparır və iyun ayının 12-si Oyunlar başlayana qədər 12500 nəfər könüllünü işlərə cəlb edəcək.

“Alov Qoruyanlar” Oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında işləyəcək, tamaşaçılara və ya media nümayəndələrinə dəstək göstərəcəklər.

Azərbaycan Gənclər Fondunun İcraçı direktoru və Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin üzvü cənab Fərhad Hacıyevsöyləyib: “Birinci Avropa Oyunlarında iştirak etmək və bütün Avropanı Bakı şəhərində salamlamaq imkanı Azərbaycan xalqı üçün çox gözəl və önəmli bir fürsətdir.”

“Biz Avropanın ən gənc xalqlarından biriyik və “Alov Qoruyan” olmaq gənclərimizə ölkəmizin qonaqpərvərliyi və idman entuziazmına töhfə vermək üçün gözəl imkan yaradacaq.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq qeyd edib: “İstənilən böyük multi-idman oyunlarında idmançılar yarışın ürəyi və könüllülər isə ruhu hesab olunurlar.”

“Alov Qoruyanlar” bu yay Bakı 2015 Avropa Oyunlarının möhtəşəm idman bayramına çevrilməsinə kömək göstərəcək və daimi bir irs yaradacaqlar. Bu irssayəsində Azərbaycan gələcəkdə bir sıra böyük beynəlxalq yarışlara ev sahibliyi edən zaman könüllü atəşini alovlandıracaq.”

“Alov Qoruyanlar”Avropanın birinci multi-idman yarışlarına verəcəkləri töhfənin əvəzində yarış obyektlərinə pulsuz nəqliyyat xidməti, uniforma, qida və Bakı 2015 könüllü proqramının Rəsmi Tərəfdaşı olan Nar Mobile tərəfindən verilən SIM kartdan yararlanacaqlar.

Qeyd etmək istərdik ki, Nar MobileBakı 2015-in rəsmi mobil telekommunikasiya xidməti təminatçısıdır və könüllülərin cəlb olunması üçün Oyunların reklam, sosial media kanalları, mətn məlumatlarının ötürülməsi xidməti və bir neçə qısa filmvasitəsilə təbliğ edilməsinə də kömək göstərəcək.

Bakı 2015 könüllü proqramı ərizələri təqdim etmək üçün açıqdır və daha ətraflı məlumat www.baku2015.com saytından əldə oluna bilər.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR