Kanada təhqirə yox dedi

Kanada təhqirə yox dedi
08:06 15 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

Bütün dünyada müzakirələrə və mübahisələrə səbəb olan “Charlie Hebdo” jurnalının dərc etdiyi təhqir karikaturalarını Kanadanın “CBC” rəsmi yayım quruluşu nümayiş etdirməyəcək. ANS PRESS-in məlumatına görə, mətbu orqanın məsul şəxslərindən olan Devid Studer müsəlmanların bu məsələdəki həssasiyyətinə hörmətlə yanaşdıqlarını deyib. Studer həmçinin, gördükləri işin məsuliyyətini başa düşən bir mətbu orqan olduqlarını vurğulayıb:

“Kanadanın üfuzlu bir mətbu orqanı kimi fikirlərə hörmət işimizin bir hissəsidir. Dinlərin əhəmiyyət verdiyi, ehtiram göstərdiyi dəyərlər var. Bu bəzən bir heykəl, bəzən də təsvir ola bilər. Əgər İslam dini peyğəmbərin şəklini çəkməyi qadağan edibsə, buna hörmətlə yanaşmaq lazımdır. “Charlie Hebdo” bu məsələdə təxribatyönlü hərəkət etdi. Bəziləri karikaturaya baxmadan fikir bildirməməyinizi desə də, bunu qəbul etmirik. Hətta o karikaturaların mövcudluğu da təxribat üçün kifayətdir. Bunu dərc etmək əksəriyyət tərəfindən qəbul olunmuş bir dinə hörmətsizlikdir. Biz yerdə yatan polisi güllələyən terrorçuların görüntülərini də bu düşüncə ilə nümayiş etdirmədik. Karikaturaları da nümayiş etdirməyəcəyik. Qaldı ki, karikaturaları görmək istəyənlər onu internetdə tapa bilər”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR