Olland peyğəmbəri təhqir edən jurnalı bəyəndi

Olland peyğəmbəri təhqir edən jurnalı bəyəndi
08:16 15 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti "Charlie Hebdo"nun yeni sayı ilə bağlı münasibətini bildirib.

ANS PRESS-in məlumatına görə, Fransa prezidenti Fransua Olland yenidən İslam peyğəmbərini təhqir edərək karikatura dərc edən "Charlie Hebdo" ilə bağlı açıqlama verib.

“"Charlie Hebdo" yenidən doğuldu. Onun dəyərləri yaşayır və daim daşamağa davam edəcək. Qadınları, kişiləri öldürə bilərlər, lakin onların fikirlərini heç vaxt öldürə bilməzlər” – deyə fransız prezident bildirib.

Xatırladaq ki, Fransanın "Charlie Hebdo" jurnalı növbəti sayında İslam peyğəmbərini "Je suis Charlie" (Mən Şarliyəm) plakatını əks etdirməklə 4 milyon tirajla 16 dildə buraxıb. Ön səhifədə yaşıl fonda ağ paltar geyinmiş İslam peyğəmbəri üzüntülü şəkildə “Je suis Charlie” plakatını tutub. Bunun üzərində isə qara hərflərlə “Tout est pardonne” (Hər şey bağışlandı) yazılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR