Nəsrin Cavadzadənin ən gözəl FOTOLARI

Nəsrin Cavadzadənin ən gözəl FOTOLARI
08:51 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayıb sənət fəaliyyətini davam etdirən azərbaycanlı aktrisa yeni fotosessiya etdirib.

ANS PRESS-in məlumatına görə, 2014-cü ilin oktyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən 51-ci Beynəlxalq “Qızıl Portağal” film festivalında mükafatlandırma mərasimi zamanı “Ən yaxşı aktrisa” adını alan Nəsrin Cavadzadə yeni imici ilə göz oxşayıb.

Aktrisa fərqli görkəmdə Muhsin Akgünün obyektivinin qarşısına keçib. Nəsrin Cavadzadə M.Akgünlə çalışmaqdan razı qaldığını və bu günə qədər çəkilən şəkillərindən ən gözəlinin bunlar olduğunu bildirib.

Qeyd edək ki, aktrisa Azərbaycanda urologiya elminin əsasını qoyanlardan olan Mirməmməd Cavadzadənin oğul nəvəsidir. O, 1982-ci ildə Bakıda doğulub. 11 yaşında ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR