Bakıda nəzarətsiz qalan uşaq marağının bəlasına düşdü - FOTO

Bakıda nəzarətsiz qalan uşaq marağının bəlasına düşdü - FOTO
09:17 15 Yanvar 2015
132 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda azyaşlı uşağın əli ətçəkən maşında qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən  təzə tikilidə qeydə alınıb. Valideynlərindən xəbərsiz elektrikli ətçəkən maşını işə salan 3 yaşlı Ballı Məmmədli İsmayıl qızının sağ əli maşının içində  qalıb. Uşağın əlini ətçəkən maşından ayıra  bilməyən qohumlar Fövqəladə Hallar Nazirliyin 112 "qaynar xətti"nə zəng vuraraq kömək istəyiblər.
 
Dərhal hadisə yerinə gələn xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə qızın əlini ətçəkəndən çıxara biliblər. Ballı Məmmədli daha sonra Elmi-Tədqiqat  Travmatologiya  İnstitutuna aparılıb. Həkimlər  balaca qıza   sağ əlin əzilmiş, didilmiş yarası, 2-ci daraq sümüyünün açıq sınığı və barmaq vəzlərinin əzilməsi diaqnozunu qoyublar. O, müalicə üçün  reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə hazırda yaralının vəziyyəti kafidir. Qeyd edək ki, hadisə baş verən zaman  3 yaşlı Ballı Məmmədlinin valideynləri evdə olmayıb.

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR