Alı Mustafayevin

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mərhum telejurnalist, şair Alı Mustafayevin doğum günüdür.

Metbuat.az-ın məlumatına görə, A.Mustafayev 1952-ci ilin aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. O, tələbəlik illərindən Azərbaycan Dövlət və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa başlayıb. Lirik şeirləri və publisistik yazıları ilə mətbuatda dərc olunmağa başlayıb. 1990-cı il qanlı 20 Yanvar hadisəsini lentə alıb.

Alı Mustafatev Dağlıq Qarabağ müharibəsi zamanı cəbhə bölgəsindən reportajlar hazırlayıb. 1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd yaxınlığında Azərbaycanın hərbi helikopterinin ermənilər tərəfindən vurulması nəticəsində həlak olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

BUNA DA BAX


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR