Polis 14 yaşlı İŞİD-çi türkü axtarır

Polis 14 yaşlı İŞİD-çi türkü axtarır
09:21 15 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Avstriya Polisi 14 yaşındaki İŞİD-çi olması barədə iddialar olan türk uşağı axtarır.

Şərti adı MG olan şübhəlinin terror törətmək hazırlığında olduğunu iddia edən polis və Avstriya Konstitusiya Qoruma Dairəsi rəsmiləri şübhəli uşağın fotoşəkilini mətbuata paylayaraq xalqdan da kömək istəyib.

MG-nin paytaxt Vyanada xalqın sıx olduğu Beynəlxalq Qərb Stansiyasında (Westbahnhof) bomba partladacağı hazırlığında olduğu iddia edilir. Təhlükəsizlik rəsmiləri 14 yaşındakı uşağın internet üzərindən bomba istehsalı haqqında məlumatlar əldə etdiyini təsbit ediblər.

14 yaşlı uşaq ən son, dünən Hütteldorf qatar stansiyasında görülüb. Hazırda ölkənin bütün güc strukturları gücləndirilmiş rejimdə işləyir. Onlar 14 yaşlı türkün insanların çox olduğu yerlərdə ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR