Maşın aşıb su arxına düşdü

Maşın aşıb su arxına düşdü
21:49 14 Aprel 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

 
Mingəçevirdə avtomobil aşıb, nəticədə sürücü ağır xəsarət alıb.
 
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində baş verib.
 
Sürücünün idarəetməsindən çıxan “VAZ 2114” markalı minik maşını aşaraq yol kənarındakı su arxına düşüb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri ilə sükan arxasında sıxılıb qalan 1981-ci il təvəllüdlü Xocalı sakini Mənsur Quliyev avtomaşından çıxarılaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/311306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR