Bu ölkədə hava taksisi sınaqdan keçirilir

Bu ölkədə hava taksisi sınaqdan keçirilir
09:09 15 Aprel 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

 
Sinqapurun Mülki Aviasiya İdarəsi (CAAS) bu il hava taksisini sınaqdan keçirmək istəyir.
 
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Channel News Asia” portalı məlumat yayıb.
 
Taksi görünüşcə helikopterə bənzəsə də, onun hazırlanmasında pilotsuz uçan aparatların texnologiyasından istifadə ediləcək. Aparatın qalxıb-enməsi ya uzaqdan idarə üsulu ilə, ya da tam müstəqil həyata keçiriləcək. Kabinəsində iki nəfərin otura biləcəyi hava taksisi 30 kilometrədək məsafə qət edəcək.
Sınaq işlərinin yaşayış sahəsində deyil, yalnız su üzərində həyata keçiriləcəyi deyilir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/311316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR