Körpüdəki olay istanbulluları çox qorxutdu

Körpüdəki olay istanbulluları çox qorxutdu
09:27 15 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Körpüdə 800-ə yaxın təcili yardım insanları təşvişə salıb
Ötən gün axşam işdən çıxış saatlarında istanbullu sürücülər “Boğaziçi” körpüsündən qeyri-adi görüntü ilə rastlaşıblar.

Anspress-in məlumatına görə, həmin anda iki qitəni birləşdirən körpüdən 798 ədəd təcili yardım avtomobili keçirmiş. Sürücüləri qorxudan isə, “Qarşıda nə baş verib ki, bu qədər təcili yardım gedir?” – sualı olub. Səhiyyə Nazirliyinin bu barədə verdiyi açıqlama isə istanbulluların narahatlığını aradan qaldırıb. Səhiyyə naziri Mehmet Müezzinoğlu təcili yardım avtomobillərinin Tekirdağda keçiriləcək tədbirə getdiyini bildirib.

Nazir bildirib ki, baş nazir Əhməd Davidoğlunun da iştirak etdiyi tədbirdə 798 ədəd yeni təcili yardım avtomobili Türkiyə xəstəxanalarında istifadəyə veriləcək.

Məlumata görə, yeni təcili yardım avtomobillərinin istifadəyə verilməsi ilə Türkiyədə “Ambulance” sayı 4 568 olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR