6 ermənini öldürən rus əsgər, qəzəbli xalq və satılan şərəf - FOTO

6 ermənini öldürən rus əsgər, qəzəbli xalq və satılan şərəf - FOTO
09:27 15 Yanvar 2015
252 Digər
Ölkə mətbuatı
A- A+

Ermənilər Rusiyanın necə müttəfiq olduğunu anlamağa başlayırlar. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının Ermənistanın təhlükəsizliyinin təminatı yox, elə birbaşa təhlükə olduğu da artıq dərk olunur, deyəsən.
 
Səbəb rus əsgərin erməni ailəsinə divan tutmasıdır.
Yanvarın 12-də, yerli vaxtla səhər saat 6-da Gümrü şəhərindəki 102-ci bazada xidmət edən rus əsgər, sıravi Valeri Permyakov bazanı tərk edib. O, Avetisyanlar ailəsinin evinə girib, ailənin bütün üzvlərini qətlə yetirib.
 
V.Permyakov əvvəlcə 51 yaşlı Asmik Avetisyanı güllələyib, sonra onun əri Seryoja Avetisyanı, qızı Aidanı, oğlu Armeni və gəlini Araksya Poqosyanı öldürüb.
Armen və Araksyanın 2 yaşlı qızları Asmik isə yatağında güllələnib.
 
"Növbə" 6 aylıq Seryojaya çatanda "Kalaşnikov" avtomatında problem yaranıb və Permyakov uşağı süngüləyib.
Bundan sonra əsgər formasını çıxararaq mülki paltar geyən V.Permyakov Gümrü şəhəri, Myasnikyan küçəsi, 188 ünvanda yerləşən evi tərk edib.
12.30-da təcili yardıma bu evdə güllə yarası almış adamların olduğu barədə xəbər verilib.
 
Həkimlər də polisə məlumat veriblər. Olay yerinə yollanmış polislər 6 ölü və ölümdən qurtulan körpəni görüblər. Sinəsində ağır yaralar olan uşaq şəhər xəstəxanasına aparılıb.
Evə baxış keçirəndə polis "Kalaşnikov" avtomatı, 21 giliz, biri güllə ilə dolu avtomat darağı tapıb.
 
Bir qədər də keçib, Rusiyanın Gümrüdəki 102-ci bazasının komandanlığından polisə bildirilib ki, sıravi Valeri Permayakov avtomatı da götürərək qarovuldan qaçıb.
Ötən il Rusiyanın Çita vilayətində hərbi xidmətə çağırılmış V.Permyakov dekabrın 3-də Gümrüdəki bazada hərbi xidmətə başlayıb.
Ordu sıralarında xidmətə qədər V.Permyakov xuliqan, əqli cəhətdən tam normal olmayan adam kimi tanınırdı. Onun böyük qardaşı qətlə görə həbs olunub, atası və anası isə "Vera, Nadejda, Lyubov" sektasının fəal üzvləridir.
 
V.Permaykov Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Bayandur kəndində tutulub.
Bu qətllə bağlı Ermənistanın XİN başçısı Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrov, Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışıb.
Rəsmi Yerevan V.Permyakovun Ermənistanda mühakiməsinə can atsa da, rus əsgərin məhkəməsinin Ermənistanda olmayacağı deyilib. Yəni Rusiya öz vətəndaşını Ermənistan istintaqına verməyib.
 
V.Permaykovun manyakal cinayəti Ermənistanı qarışdırıb. Gümrüdə dünən minlərlə erməninin qatıldığı etiraz yürüşü və mitinqi keçirilib. Yerli sakinlər Avetisyanlar ailəsinin dəfnindən sonra Şirak vilayətinin administrasiyasının binasının qarşısına toplaşıblar.
Onlar Rusiya konsulluğunun binasında Rusiya bayraqlarını cırıblar, binaya lax yumurtalar atıblar.
 
Təxminən 6 min erməni 102-ci bazaya tərəf yürüş edərək komandanlığın "camaatın qarşısına çıxaraq suallara cavab verməsini" tələb ediblər. Erməni polisi etiraz aksiyasının qarşısını almağa çalışsa da, alınmayıb. Bu zaman ermənilərin qarşısını ikinci polis səddi kəsib.
Şirak vilayətinin prokuroru da etiraz edən ermənilərə qatılaraq Ermənistanın baş prokurorundan "suallara cavab" tələb edib.
Gümrüdə və Yerevanda bu gün də etiraz aksiyaları keçiriləcək.
 
Yerevan mediası isə Gümrüdəki vəhşi qətlin milli "çalar"ları olmadığını, qatilin də rus olduğunun qabardılmasının mənasız olduğunu vurğulayır. Ermənistan prezidenti Serj Sarkisyanın oliqarxik hakimiyyətinin kütləvi informasiya vasitələrinin mənsubları özlərini mədəni, sivil insanlar kimi göstərirlər. Fəqət, belə davranış mədəniyyət yox, Rusiya qarşısında kölə, qul statusunun bir daha təsdiqlənməsidir.
 
Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi Birliyinə qatılmağa vadar edilən Ermənistandakı durum, xüsusilə də indi qətllə bağlı yaşanan hadisələr ermənilərin ölkə rəhbərliyindən fərqli olaraq, kölə statusu ilə razılaşmaq istəmədiklərini göstərir.
 
Moskva da ermənilərə nümayişkaranə cəza vermək, Ermənistanın "müstəqillik" arzusuna düşəcəyi təqdirdə ölkəni nələr gözlədiyinə işarə vurmaq istəyib.
 
Buna rəğmən, Rusiyaya meydan oxunmalar da başlanıb. Məsələn, "1+" portalı yazır: "Rus donuzluğunun vəkili olmuş ermən generalları ümumiyyətlə bu barədə danışmaq istəmirlər. Halbuki onlar Rusiyanın Gümrüdəki bazasının hüquqi statusu ilə bağlı tam məsuliyyət daşıyırlar. İndi siyasi qeyri-müəyyənlik dövründə rusların Ermənistandakı hərbi bazasının mövcudluq müddətini qeyri-müəyyənliyədək uzatmağa nə ehtiyac vardı? Tam aydındır ki, bu baza Ermənistanın NATO-ya və ümumiyyətlə, Qərbə ineqrasiyasının qarşısını alan çox vacib məhdudlaşdırıcı, maneədir. Və ən nəhayət, Ermənistan müstəqilliyi, azadlığı, suverenliyi ilə bağlı belə dəhşətli güzəştlərin müqabilində nə alıb? Rusiya vəd etdiklərini verməyib və bundan sonra heç zaman verməyəcək".
 
V.Permyakovun bir erməni ailəsinin axırına çıxması ilə bağlı Ermənistanda nə obyektiv təhqiqat aparılasıdır, nə də bu iş siyasi prosesə çevriləcək.
 
Sözsüz, Ermənistanda böyük narazılıq var, on minlərlə insan V.Permyakova ən ağır cəza verilməsi tələbi ilə yürüşlər keçirir. Yerevan da situasiyadan yararlanaraq durumu çox ciddi göstərməyə çalışır. Amma ermənilərin çoxu unudur və ya bilmir ki, Rusiyanın Konstitusiyasına görə, bu ölkə vətəndaşlarını heç bir halda başqa ölkənin məhkəməsinə vermir.
 
Adi vətəndaşlardan fərqli olaraq, Ermənistan rəhbərliyi situasiyanı gözəl anladığından zərərçəkən zəif tərəf qismində zərər vurmuş güclü tərəfdən maksimum təzminat, güzəşt və imtiyazlar tələb etməyə başlayıb.
 
Əsl erməni ruhunda oyun gedir: vəziyyəti mümkün qədər sərtləşdirmək, ağlaşma və şivən qurmaq, mümkün qədər çox "nə isə əldə etmək". Serj Sarkisyan iqtidarı da onsuz da çirkin olan simasını tam itimrməmək, xalqın qarşısında bambılı rejim təsiri bağışlamamaq üçün "Rusiya qarşısında sərt tələblər qoyduğunu" vurğulayır.
 
Təbii, Rusiya baş verən olayın müqabilində Ermənistana nə isə verəcək və Yerevan da axırda "son sözü deyən tərəf" kimi davranacaq.
 
Ermənilər Gümrüdəki 102-ci bazanın çıxarılmasını tələb edirlər.
 
Baza çıxarılmayacaq. Sıravi Permayakovun qətlə yetirdiyi ailənin qohumlarına təzminat ödənəcək, sonra da Yerevan və Moskva "müttəfiq münasibətlərə xələl gəlmədiyini" göstərən addımlar atacaqlar.
 
Ermənilər qətlə yetirilmiş ailənin qisasını alacaqlarını deyirlər.
Necə?
 
Ermənistandakı Rusiya vətəndaşlarına qarşı cinayətlər işləməklə?! Çətin, çünki Rusiyada yaşayan ermənilərə Moskva elə divan tutar ki, Ermənistandakılar ümumiyyətlə varlıqlarına peşman olarlar.
 
Moskvanın çox sərt reaksiyasından çəkinən erməni diasporu "qisasçı"ları özü cəzalandırar.
 
Elçin Alıoğlu
Milli.Az
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR