Rusiyadan müharibə mesajı: Böyük fəlakət olar...

Rusiyadan müharibə mesajı: Böyük fəlakət olar...
21:12 15 Aprel 2019
157 Dünya
Ölkə mətbuatı
A- A+

NATO-nun hərbi xərcləri 2018-ci ildə 1 trilyon dollardan çox olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O, Rusiyanın müdafiə xərclərinin NATO-nun xərclərindən 22 dəfə az olduğunu deyib. Qruşko Vaşinqtonun öz müttəfiqlərini ABŞ silahlarını almağa məcbur etdiyini bildirib.

O, Rusiyanın NATO ilə hərbi konfliktə məcbur qalmayacağına ümid etdiyini deyib:

"Bu bütün insanlıq üçün fəlakət olardı. Əminəm ki, bunu Vaşinqton və Brüsseldə anlayırlar".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/747234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR