“Chrome” brauzerinin bazar payı 70%-dən aşağı düşüb

“Chrome” brauzerinin bazar payı 70%-dən  aşağı düşüb
11:35 16 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Fərdi kompüterlər üçün qlobal brauzer bazarında “Chrome”un bazar payı 70%-dən aşağı düşüb. 3 milyon saytda veb səhifələrə 15 milyarddan çox baxışı araşdıran “StatCounter” xidmətinin məlumatları buna sübutdur.

 

2019-cu ilin mart ayının yekununa görə, “Chrome” brauzeri internetə çıxış üçün istifadə edilən masaüstü kompüter və noutbukların 69.2%-də quraşdırılıb. Məlumat üçün bildirək ki, ötən ay sözügedən brauzerin bazar payı 71.58% təşkil edib.

 

Ən populyar brauzerlərin reytinqində ikinci yerdə 9,58% göstəriciyə malik “Firefox”, üçüncü yerdə isə “Safari” (6,46%) qərarlaşıb.

 

“Microsoft Edge” brauzerinin bazar payı 4,56% təşkil edir. “Microsoft” şirkəti bu göstəricidən narazıdır və indi yenidən onun üzərində dəyişikliklər etməyə hazırlaşır. “EdgeHTML” arxitekturasının əvəzinə “Chromium”dan istifadəyə dair qərar verilib.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60160-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR