Abituriyentlərə əlavə ŞANS - Vaxt uzadıldı

Abituriyentlərə əlavə ŞANS - Vaxt uzadıldı
11:39 16 Aprel 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi ali və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd verən şəxslərə əlavə şans yaradıb. 
 
DİM-in mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, sənəd qəbulunun müddəti bu gün saat 12.00-dək uzadılıb. Elektron ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar. 
 
Qeyd edək ki, tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən başlayıb aprelin 15-də başa çatmalı idi. 
 
İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə Dövlət İmtahan Mərkəzinin saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/311475

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR