“Tizen” əməliyyat sistemi ilə işləyən ilk smartfon

“Tizen” əməliyyat sistemi ilə işləyən ilk smartfon
09:41 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Samsung” şirkəti nəhayət “Tizen” əməliyyat sistemi ilə işləyən “Samsung Z1” smartfonunu nümayiş etdirib.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, təqdim edilmiş qurğu ucuz həldir:

“WVGA” təsvir ölçülü 4 düymlük “PLS” ekran, 1,2 QHs takt tezlikli ikinüvəli prosessor, 768 MB əməli yaddaş 4 QB daxili fləş yaddaş və “microSD” formatlı yaddaş kartının quraşdırılması üçün slotla təchiz edilib. Arxa panelə quraşdırılmış kamera 3,1 meqapiksellik ötürücü və “LED” işıqlandırıcı, ön paneldə isə “VGA” kamera yerləşib.

Bundan başqa, akselerometr, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1” simsiz rabitə modulları, “GPS” naviqasiya modulu ilə təchiz edilib. Aparat “GSM 850/900/1800/1900 MHs” və “HDSPA 900/2100 MHs” şəbəkələrini dəstəkləyir və iki SİM kart quraşdırmağa imkan verir. Akkumulyatorun tutumu 1500 milliamper/saat təşkil edir.

Qurğunun ölçüləri 63,2x120,4x9,7 mm, çəkisi 112 qr təşkil edir. Aparata “Tizen” əməliyyat sisteminin 2.3 versiyası quraşdırılıb.

Emil Hüseynov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR