Günayın çəkildiyi filmin Bakıdakı təqdimatının tarixi bəlli oldu

Günayın çəkildiyi filmin Bakıdakı təqdimatının tarixi bəlli oldu
09:46 15 Yanvar 2015
143 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın rol aldığı “Kod adı K.O.Z.” filminin Bakıdakı qala gecəsinin tarixi bəlli olub.

Axşam.az-ın məlumatına görə, fevralın 11-də Türkiyədə təqdim olunacaq ekran işinin martın 12-də ölkəmizdə də böyük qala gecəsi keçiriləcək. Gecədə filmin yaradıcı heyəti və aktyorlar iştirak edəcəklər.

“Kod adı K.O.Z.” fevralın 26-da Berlində, 27-də Vyanada, 28-də Belçikada, martın 1-də isə Amsterdamda da nümayiş olunacaq.

Qeyd edək ki, “Kod adı K.O.Z.” Türkiyədəki 17 dekabr hadisələrindən (17 dekabr 2013-cü il – Türkiyədə korrupsiya və rüşvət tədqiqatı aparılıb – red.), prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdən bəhs edir. G.Musayeva ekran işində Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsi) agenti Zeynəb obrazını canlandırır. Filmdə onunla birlikdə həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karel də yer alıb.



Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR